İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ikinci təcrübə mübadiləsi sessiyası keçirilib. Tədbirdə 4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov proqram çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, proqramın pilot mərhələsində 3, əsas mərhələdə isə 15 müəssisə iştirak edib. Bu müəssisələrdə beynəlxalq metodologiyalar əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və hər biri üçün fərdi transformasiyaya dair yol xəritələri hazırlanıb. Qeyd olunub ki, pilot mərhələdə iştirak edən müəssisələrə transformasiya üzrə yol xəritəsinin icrasına başlayıblar. İcra mərhələsində müəssisələrə ekspert dəstəyi göstərilir. Həmçinin yol xəritələrinin icrası zamanı müəssisələrə maliyyə alətlərinə çıxış üçün dəstək tədbirləri göstərilir. Sessiya çərçivəsində rəqəmsal transformasiya üzrə ekspertlər Ahmet Can Tanyeri və Ersin Oral təqdimatlarla çıxış ediblər. Süni intellekt texnologiyalarının istehsal proseslərinin optimallaşdırılması, məlumatların təhlili və qərar qəbuletmə mərhələsində istifadəsi ilə bağlı beynəlxalq təcrübələr paylaşılıb. Tədbirdə 4SİM-in süni intellekt layihələrinin rəhbəri Ruslan Zeynalzadə Dünya İqtisadi Forumunun “Strategic Intelligence” platforması barədə təqdimatla çıxış edib. Bildirilib ki, platforma qlobal texnoloji və iqtisadi trendlər üzrə geniş analitik bilik bazası təqdim edir və istifadəçilərə aparıcı beynəlxalq təşkilatların və tədqiqat institutlarının analitik materiallarına çıxış imkanı yaradır. Sessiyada proqramda iştirak edən 15 müəssisədən texnoloji transformasiya proseslərinə məsul 50 əməkdaş iştirak edib. Proqramda iştirak edən müəssisələr arasında təcrübə və bilik mübadiləsi, texnoloji transformasiya ilə bağlı praktiki məsələlər müzakirə olunub. Qeyd edək ki, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın əsas təşəbbüslərindən biridir. Müəssisələr proqram barədə industry4.az saytından ətraflı məlumat əldə edə bilərlər. Tədbirin sonunda iştirakçı şirkətlərin nümayəndələrinin sualları cavablandırılıb və transformasiya prosesinin növbəti mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb. The post “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2-ci təcrübə mübadiləsi sessiyası keçirilib appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Просто натрите кабачки и добавьте яйца: в сезон это блюдо готовлю постоянно - такую полезную пиццу из кабачков полюбят даже привереды...
- Просто натрите кабачки и добавьте яйца : так вкусно, в сезон готовлю через день - такую полезную пиццу из кабачков полюбят даже дети...
- Просто натрите кабачки и добавьте яйца: в сезон готовлю постоянно - такую полезную пиццу из кабачков полюбят даже капризные дети...
- Все, что известно о Samsung Galaxy A17 5G — дата выхода, цена, характеристики...
- Цискаридзе взял Гагарину в свой «гарем» после развода с Исхаковым...
- Что нельзя делать во время эпилептического припадка...
18:57, 14 Мар 4SİM-in “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın əhatə dairəsi genişlənir İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnolo...
03:57, 05 Дек “Sənaye 4.0 Hazırlıq” Proqramı işə salındı Ölkənin qabaqcıl İT inteqrator şirkətlərindən biri olan Caspel MMC tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) və Türkiyənin sənaye və texnoloji transformasiy...
15:44, 19 Авг Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома Сад, парк, двор — это больше, чем просто территория. Это продолжение вашего пространства, место, где можно остановиться, вдохнуть свежий воздух и почувствовать ритм природы. Ландшафтный дизайн делает эту среду осмысленной, красивой и удобной.
В сту...
05:57, 18 Окт “AzInTelecom”un dəstəyi ilə “Qarabağı yenidənqurma” sərgisi keçirilib 14-16 oktyabr tarixlərində AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” (“Qarabağı yenidənqurma”) – Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi keçirilib. Sərgidə rəqəmsal həllər ...
18:57, 22 Авг 4SİM və Stanford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib İqtisadiyyat Nazirliyiin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov ABŞ-nin Stənford Beynəlxalq Tədqiqat İnstitutunun (SRI International — Stanford Research Institute) İnnov...
15:57, 27 Окт Femmes Digitales-in 11-ci Regional Mentorluq Proqramı Şamaxıda məktəbli qızlarda texnologiyaya marağı yüksəltdi 25 oktyabr 2025-ci il tarixində “Femmes Digitales – Texnologiya sahəsində Qadınlara Dəstək” İctimai Birliyi Şamaxı ASAN Xidmət Mərkəzində 11-ci regional STARTECH konfransını uğurla keçirdi. Tədbir kənd yerlərindən gələn, texnologiya və innovasiyalar...
15:57, 24 Окт Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib. “Gülüstan” sarayında təşkil olunan konfransda hökumət ...
Топ новости часа