“Sənaye 4.0 Hazırlıq” Proqramı işə salındı

Ölkənin qabaqcıl İT inteqrator şirkətlərindən biri olan Caspel MMC tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) və Türkiyənin sənaye və texnoloji transformasiya sahəsində ixtisaslaşmış MEXT mərkəzi ilə birgə “Sənaye 4.0 Hazırlıq” Proqramına start verilib. Bu proqram çərçivəsində 15 yerli sənaye müəssisəsinin Texnoloji Transformasiya imkanları və Dayanıqlı İnkişaf səviyyələri beynəlxalq metodologiyalar əsasında yerli və xarici ekspertlər tərəfindən qiymətləndiriləcək. Hər bir müəssisə üçün texnoloji transformasiya üzrə fərdi yol xəritəsi hazırlanacaq, bu xəritə müəssisələrin rəqəmsal çevikliyinin, innovasiya potensialının və dayanıqlılıq göstəricilərinin yüksəldilməsinə xidmət edəcək. Proqram, texnoloji transformasiyanın bütün mərhələlərini – proseslərin rəqəmsallaşdırılmasını, istehsalın optimallaşdırılmasını, avtomatlaşdırma və məlumat analitikası sistemlərinin tətbiqini, həmçinin süni intellekt və IoT (əşyaların interneti) kimi qabaqcıl texnologiyaların sənaye mühitinə inteqrasiyasını əhatə edir. Məqsəd müəssisələrin səmərəliliyini artırmaqla yanaşı, onları qlobal bazarda daha rəqabətli etməkdir. Eyni zamanda proqram, təkcə texnoloji transformasiyanın deyil, həm də ESG prinsiplərinin sənaye idarəetməsinə inteqrasiyasını təşviq edir. Bu yanaşma müəssisələrdə resurs səmərəliliyinin artırılması, enerji və tullantı idarəetməsinin optimallaşdırılması, daha şəffaf və məsuliyyətli idarəetmə mədəniyyətinin formalaşdırılması, eləcə də əmək mühitinin sosial rifah prinsiplərinə uyğunlaşdırılması kimi sahələri əhatə edir. Bu təşəbbüs ölkəmizdə sənaye müəssisələrinin rəqəmsallaşma səviyyəsini artırmaq, texnoloji transformasiyanı sürətləndirmək, ESG yanaşmasını təşviq etmək və dayanıqlı sənaye ekosisteminin formalaşmasına töhfə vermək məqsədi daşıyır. Caspel, ölkənin rəqəmsal iqtisadiyyatının inkişafı naminə Sənaye 4.0 yanaşmasının tətbiqi və texnoloji transformasiya proseslərinin dəstəklənməsi istiqamətində fəaliyyətini davam etdirir. The post “Sənaye 4.0 Hazırlıq” Proqramı işə salındı appeared first on InfoCity....

“Sənaye 4.0 Hazırlıq” Proqramı işə salındı

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

4SİM-in Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramının əhatə dairəsi genişlənir 18:57, 14 Мар 4SİM-in “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın əhatə dairəsi genişlənir İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” uğurla davam edir. Artıq proqrama qoşulan 18 müəssisəyə texnolo...

Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı çərçivəsində 2-ci təcrübə mübadiləsi sessiyası keçirilib 19:57, 11 Мар “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində 2-ci təcrübə mübadiləsi sessiyası keçirilib İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ikinci təcrübə mübadiləsi sessiyası keçirilib. Təd...

Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома 15:44, 19 Авг Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома Сад, парк, двор — это больше, чем просто территория. Это продолжение вашего пространства, место, где можно остановиться, вдохнуть свежий воздух и почувствовать ритм природы. Ландшафтный дизайн делает эту среду осмысленной, красивой и удобной. В сту...

Femmes Digitales-in 11-ci Regional Mentorluq Proqramı Şamaxıda məktəbli qızlarda texnologiyaya marağı yüksəltdi 15:57, 27 Окт Femmes Digitales-in 11-ci Regional Mentorluq Proqramı Şamaxıda məktəbli qızlarda texnologiyaya marağı yüksəltdi 25 oktyabr 2025-ci il tarixində “Femmes Digitales – Texnologiya sahəsində Qadınlara Dəstək” İctimai Birliyi Şamaxı ASAN Xidmət Mərkəzində 11-ci regional STARTECH konfransını uğurla keçirdi. Tədbir kənd yerlərindən gələn, texnologiya və innovasiyalar...