“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü dalğasına qoşulan 7500 istifadəçi rekord sayda — 18 mindən çox kurs bitirib. Aprel ayından başlayan proqramda bu günədək 30000 nəfər “Coursera” platformasında ödənişsiz təlimlərdən istifadə edib. Onlar 60000-dən çox kursu uğurla başa vurublar. Növbəti 7500 vətəndaş proqrama qoşulub. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 5-ci dalğasına start verilib. Növbəti 7500 vətəndaş 6 həftə ərzində “Coursera” platformasından ödənişsiz istifadə imkanı qazanıb. “Milli Proqram” istifadəçiləri daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verir. Bununla yanaşı layihələrin idarə olunması, informasiya texnologiyaları, yumşaq bacarıqlar, kommunikasiya və dil, sosial elmlər eləcə də biznes sahəsi üzrə təlimlərə də maraq artır. Avqust ayından başlayaraq yerli universitetlər və şirkətlər öz kurs və təlimlərini “Course builder“ aləti vasitəsilə “Milli Proqram” çərçivəsində “Coursera” platformasında yerləşdirmək imkanı əldə ediblər. Ümumilikdə 25 təlim artıq platformada yerləşdirilib və 2000 təlim istifadəçilər tərəfindən başa vurulub. Yerli təlim şirkətlərinin 3 kursu proqram istifadəçilərinin ən çox müraciət etdiyi təlimlər sırasına daxildir. “Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi təlim və kurslar: Süni intellekt hamı üçün (AI For Everyone) Rəqəmsal texnologiyanın gücü: STEM-də texnoloji trendlər Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals) STEM-də Elmin rolu: Kəşflərə aparan yol Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management) Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere) Robotiksə giriş: STEM-də ağıllı sistemlər dünyası Data elmi nədir? (What is Data Science?) Peşəkarlar üçün tənqidi düşünmə bacarıqları (Critical thinking skills for the Professional) Rəqəmsal transformasiya perspektivləri: Aqrobizneslər (Perspectives in Digital Transformation: Agribusiness) Süni intellektə giriş (Introduction to Artificial Intelligence) Liderlik bacarıqları (Leadership Skills) Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work) İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English) Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management) Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər. “Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12000-dən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır. “Milli Proqram” istifadəçiləri platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (kursların siyahısı — https://bit.ly/4ogG5Mw). Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir. Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10000 nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub. The post “Milli Proqram” istifadəçiləri “Coursera” platformasında rekord sayda kurs bitirib appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Просто натрите кабачки и добавьте яйца: в сезон готовлю постоянно - такую полезную пиццу из кабачков полюбят даже капризные дети...
- Просто натрите кабачки и добавьте яйца: в сезон это блюдо готовлю постоянно - такую полезную пиццу из кабачков полюбят даже привереды...
- Просто натрите кабачки и добавьте яйца : так вкусно, в сезон готовлю через день - такую полезную пиццу из кабачков полюбят даже дети...
- Все, что известно о Samsung Galaxy A17 5G — дата выхода, цена, характеристики...
- Цискаридзе взял Гагарину в свой «гарем» после развода с Исхаковым...
- Что нельзя делать во время эпилептического припадка...
23:57, 04 Ноя “Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib “Coursera” onlayn təhsil platformasında “4Sİ Akademiyası” çərçivəsində təqdim olunan “Milli Proqram”ın interfeysi artıq Azərbaycan dilində istifadəyə verilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya ...
09:57, 25 Ноя Google istifadəçiləri neyroşəbəkə vasitəsilə izləməkdə ittiham olunur Google şirkətinə qarşı yeni kollektiv iddia qaldırılıb. İddiada şirkətin Gemini İA modeli vasitəsilə istifadəçilərin şəxsi məlumatlarını gizli şəkildə topladığı bildirilir. Deyilənə görə, neyroşəbəkə onların elektron məktublarını sərbəst şəkildə “ox...
15:44, 19 Авг Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома Сад, парк, двор — это больше, чем просто территория. Это продолжение вашего пространства, место, где можно остановиться, вдохнуть свежий воздух и почувствовать ритм природы. Ландшафтный дизайн делает эту среду осмысленной, красивой и удобной.
В сту...
06:57, 16 Дек OpenAI istifadəçiləri məşhur Disney qəhrəmanları ilə videolar yarada biləcək Süni intellekt sahəsinin nəhəngi OpenAI media imperiyası Disney ilə üç illik strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, OpenAI-nin Sora neyroşəbəkəsi artıq istifadəçilərin sorğusu ilə Disney-ə məxsus məşhur franşizaların qəhrəmanl...
15:57, 04 Фев Apple ABŞ bazarında rekord göstəriciyə çatdı ABŞ smartfon bazarı artıq uzun illərdir Apple-in nəzarəti altındadır, lakin Counterpoint analitik şirkətinin son hesabatına görə, ötən rübdə Kupertinodan olan nəhəng öz rekordunu da yeniləyib. Belə ki, Apple-in ABŞ bazarındakı payı bir il ərzində 65...
06:57, 16 Дек Casio və Coca-Cola şirkətləri CasiOak dizaynlı məhdud sayda G-Shock saatlarını hazırlayır Casio məşhur G-Shock seriyası çərçivəsində yeni limitli modelə hazırlaşır — bu dəfə isə brend Coca-Cola ilə əməkdaşlıq edir. Məlumat Casio yenilikləri ilə bağlı sızmaları ilə tanınan geesgshock mənbəsi tərəfindən paylaşılıb. İnsayderin sözlərinə gör...
23:57, 27 Ноя Caviar qadınlar üçün xüsusi olaraq məhdud sayda iPhone 17 Pro kolleksiyasını təqdim etdi Premium brend Caviar yeni iPhone 17 Pro Secret Love kolleksiyasını təqdim edib. Kolleksiyaya dörd fərqli dizayna malik modellər daxildir və hər biri qiymətli daşlar, nadir materiallar və bənzərsiz əl işləri ilə hazırlanıb. Emerald Tree adlı flaqman ...
03:57, 05 Дек Qatlana bilən smartfonların satışları yeni rekord müəyyən etdi Qatlana bilən smartfon bazarı sürətlə genişlənməyə davam edir. 2025-ci ilin üçüncü rübündə qlobal tədarüklər rekord həddə çatıb. Seqment illik müqayisədə 14% böyüyərək, satılan bütün smartfonların artıq 2,5%-ni təşkil edib. Lakin bütün şirkətlər bu ...
01:57, 08 Авг iPhone 17 Air üçün rekord dərəcədə nazik batareyanın fotoları yayımlandı İnternetdə iPhone 17 Air modelinə aid batareyanın ilk fotoları yayılıb və bu görüntülər yeni cihazın nə qədər nazik olacağını göstərir. Koreyalı bloger yeux1122-nin paylaşdığı şəkillərdə iPhone 17 Air-in batareyası iPhone 17 Pro modelininki ilə müqa...
09:57, 25 Ноя Honor 500 təqdim olundu: Nəhəng batareya və 200 MP kamera rekord dərəcədə ucuz qiymətə Honor yeni Honor 500 seriyasını — əsas modeli və 500 Pro versiyasını təqdim edib. Cihazlar iPhone Air və ya Google Pixel üslubunu xatırladan dizaynı, həmçinin yüksək tutumlu batareyaları ilə seçilir. Xüsusi vurğu isə İA funksiyalarına edilib — bunun...
Топ новости часа