GTA VI satışlardan 2,36 milyard dollar qazandı

GTA VI-nın satışa çıxışı oyun sənayesində böyük maliyyə rekorduna çevrilib. Sensor Tower-in məlumatına görə, ABŞ vaxtı ilə noyabrın 19-u axşamına qədər oyunun əvvəlcədən sifarişlər də daxil olmaqla rəqəmsal satışları 24,6 milyon nüsxəyə çatıb. Bu satışlar təxminən 2,36 milyard dollar gəlir gətirib. Sensor Tower-in videooyun analitikası üzrə baş vitse-prezidenti Karl Kontus Deadline-a açıqlamasında bildirib ki, layihə yalnız öncədən sifarişlər hesabına 2 milyard dollardan çox gəlir əldə edib. Satışların əsas hissəsi PlayStation 5 istifadəçilərinin payına düşüb: bu platformada 18,44 milyon nüsxə satılıb və 1,77 milyard dollar gəlir əldə olunub. Bu, ümumi satışların təxminən 75%-idir. Xbox Series X|S istifadəçiləri isə 6,15 milyon nüsxə alaraq 588 milyon dollar xərcləyiblər. Bu nəticələr seriyanın əvvəlki oyunu GTA V-in göstəricilərini xeyli geridə qoyur. Guinness Rekordlar Kitabının məlumatına əsasən, 2013-cü ildə PlayStation 3 və Xbox 360 üçün satışa çıxan GTA V ilk 24 saat ərzində 11,21 milyon nüsxə satılmış və 815,7 milyon dollar gəlir gətirmişdi. Beləliklə, GTA VI əvvəlcədən sifarişlər də nəzərə alınmaqla satılan nüsxələrin sayına görə sələfini iki dəfədən çox, gəlir baxımından isə təxminən üç dəfə üstələyib. Gəlirin artmasına son on ildə oyunların qiymətinin yüksəlməsi də təsir edib. GTA VI-nın standart versiyası ABŞ-da 79,99 dollar, Avropada isə 79,99 avroya satılır. Ultimate Edition versiyasının qiyməti müvafiq olaraq 99,99 dollar və 99,99 avrodur. Bununla belə, oyunun nəşri Take-Two Interactive hələlik satışlarla bağlı rəsmi statistika açıqlamayıb və layihənin yekun büdcəsini paylaşmayıb. Sənaye analitiklərinin hesablamalarına görə, GTA VI-nın hazırlanması və marketinqinə 1–1,5 milyard dollar xərclənmiş ola bilər. Oyunun gəlirliliyini dəqiq hesablamaq üçün PlayStation və Xbox rəqəmsal mağazalarının komissiyalarını da nəzərə almaq lazımdır. Platformaların standart komissiyası təxminən 30% təşkil edir, lakin bu miqyasda oyunlar üçün naşirlər bəzən fərdi şərtlər əldə edə bilirlər. Buna baxmayaraq, indiki satış həcmi GTA VI-nın fiziki nüsxələrdən gələn gəlir nəzərə alınmadan belə, ilk günlərdə istehsal xərclərini çıxarmağa yaxınlaşdığını göstərir. Oyunun gələcək satışları üçün vacib mənbələrdən biri də PC versiyası olacaq. Hazırda GTA VI yalnız yeni nəsil konsollarda mövcuddur. Rockstar Games kompüter versiyasının çıxış tarixini hələ açıqlamayıb. Seriyanın əvvəlki oyunlarında olduğu kimi, PC versiyasının konsol buraxılışından təxminən bir və ya il yarım sonra təqdim olunacağı gözlənilir. The post GTA VI satışlardan 2,36 milyard dollar qazandı appeared first on InfoCity....

GTA VI satışlardan 2,36 milyard dollar qazandı

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Tarixdə belə sərvət olmayıb: İlon Mask 800 milyard dollara yaxınlaşır 04:57, 20 Янв Tarixdə belə sərvət olmayıb: İlon Mask 800 milyard dollara yaxınlaşır İlon Maskın tarixdə 800 milyard dollarlıq sərvətə yaxınlaşan ilk insan olmağına bir addım qalıb. Forbes məlumatına görə, bu ayın əvvəlində Maskın xAI Holdings şirkəti özəl investorlar tərəfindən 20 milyard dollar cəlb edib. Bunun ardından şirkətin b...

Apple tarixinin ən uğurlu rübünü açıqladı  ekosistemdə 2,5 milyard aktiv cihaz 23:57, 31 Янв Apple tarixinin ən uğurlu rübünü açıqladı — ekosistemdə 2,5 milyard aktiv cihaz Apple öz tarixində ən uğurlu maliyyə rübü barədə hesabat verib və eyni zamanda ekosistem üçün əsas göstəricilərdən birini yeniləyib. Şirkətin məlumatına görə, hazırda dünyada 2,5 milyarddan çox aktiv Apple cihazı istifadə olunur — iPhone, Mac, iPad,...

Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома 15:44, 19 Авг Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома Сад, парк, двор — это больше, чем просто территория. Это продолжение вашего пространства, место, где можно остановиться, вдохнуть свежий воздух и почувствовать ритм природы. Ландшафтный дизайн делает эту среду осмысленной, красивой и удобной. В сту...

Amazon Starlink-ə rəqib olmaq üçün Globalstar-ı 11,57 milyard dollara aldı 10:57, 15 Апр Amazon Starlink-ə rəqib olmaq üçün Globalstar-ı 11,57 milyard dollara aldı Amazon peyk rabitəsi sahəsində mövqeyini gücləndirmək üçün Globalstar şirkətini 11,57 milyard dollara satın aldığını elan edib. Bu addım şirkəti bazarın lideri olan Starlink ilə birbaşa rəqabətə daha da yaxınlaşdırır. Sövdələşmə nəticəsində Amazon t...

Kino dünyasında tarixi razılaşma: Netflix 82,7 milyard dollara Warner Bros.-u satın aldı 08:57, 06 Дек Kino dünyasında tarixi razılaşma: Netflix 82,7 milyard dollara Warner Bros.-u satın aldı Əyləncə sənayesi bu gün həqiqətən tarixi xəbərlə silkələndi. Netflix, Warner Bros.-u 82,7 milyard dollara aldığını rəsmən elan etdi — bu, şirkətin indiyə qədər etdiyi ən böyük və ən iddialı addımdır. Razılaşma tamamlanıb və bununla da Netflix, Warne...

Əyləncə sənayesində tarixi sövdələşmə: Paramount Warner Bros. Discovery-ni 111 milyard dollara alır 02:57, 17 Июн Əyləncə sənayesində tarixi sövdələşmə: Paramount Warner Bros. Discovery-ni 111 milyard dollara alır Qlobal media bazarında son illərin ən böyük birləşmələrindən biri reallaşmaq üzrədir. Paramount Skydance şirkəti Warner Bros. Discovery korporasiyasını 111 milyard dollarlıq müqavilə çərçivəsində satın alır. Məlumata görə, tərəflər arasında sövdələş...