Məşhur oyun seriyasının yeni hissəsinin musiqi dünyası artıq ekranlardan kənara çıxıb. Noyabrın 20-də Grand Theft Auto VI: The Album adlı rəsmi albom yayımlanıb. Topluda oyun üçün xüsusi olaraq dünya şöhrətli ifaçılar tərəfindən hazırlanmış orijinal mahnılar yer alır. Tam albomun təqdimatından əvvəl Rockstar Games marağı artırmaq üçün bir neçə mahnını ayrıca sinql şəklində yayımlamışdı. Albomu hazırlamaq üçün Rockstar əfsanəvi Atlantic Records leyblı ilə əməkdaşlıq edib. Bu leyblın kataloqunda Led Zeppelin, Ed Sheeran, Twenty One Pilots və Coldplay kimi məşhur ifaçılar var. Alboma ümumilikdə 34 mahnı daxil edilib və onun ümumi müddəti 97 dəqiqədir. Rockstar-ın sözlərinə görə, layihədə müxtəlif musiqi janrlarının sərhədlərini aşan tanınmış dünya ifaçıları iştirak edib. Onların arasında Lana Del Rey, Tame Impala, Don Toliver, Rolling Stones qrupunun gitaraçısı Keith Richards, Fred again.. və Travis Scott da var. Alboma daxil olan bütün mahnılar oyundakı müxtəlif radio stansiyalarında səslənir. Toplunu Spotify, Apple Music və YouTube Music platformalarında dinləmək, həmçinin CD və vinil formatlarında əldə etmək mümkündür. Lakin oyunun musiqi seçimi rəsmi albomla məhdudlaşmır. Şərq musiqi mədəniyyətinin pərəstişkarları üçün xüsusi sürpriz də hazırlanıb. Oyundakı Kaleidoscope FM radio stansiyasının pleylistinə Nelly Furtadonun məşhur Say It Right mahnısının Azərbaycan muğamı üslubunda ifası daxil edilib. Bu versiyanı Azərbaycanın Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova Bizimkilər layihəsi çərçivəsində ifa ediblər. Kompozisiya oyunçuların və musiqi tənqidçilərinin diqqətini çəkib. Hətta GameSpot nəşri muğam elementləri ilə zəngin bu ifanı GTA VI-nın saundtrekindəki ən yaxşı mahnı adlandırıb. Rockstar-ın musiqi yenilikləri bununla bitmir. Dekabrın 11-də Grand Theft Auto VI: Original Score adlı ikinci albom da striminq platformalarında yayımlanacaq. Burada oyunun süjet tapşırıqları zamanı səslənən orijinal instrumental musiqilər toplanacaq. Albomun müəllifi məşhur fransız elektron musiqi dueti Justice-dir. Musiqiçilər bu buraxılışı özlərinin beşinci tamhəcmli studiya albomu hesab edir və onu oyunun hadisələrindən ayrı şəkildə də dinlənilə biləcək müstəqil musiqi əsəri kimi təqdim edirlər. Justice-in albomunun rəqəmsal versiyasına 50 kompozisiya daxil olacaq. The post GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Просто натрите кабачки и добавьте яйца: в сезон готовлю постоянно - такую полезную пиццу из кабачков полюбят даже капризные дети...
- Просто натрите кабачки и добавьте яйца : так вкусно, в сезон готовлю через день - такую полезную пиццу из кабачков полюбят даже дети...
- Просто натрите кабачки и добавьте яйца: в сезон это блюдо готовлю постоянно - такую полезную пиццу из кабачков полюбят даже привереды...
- Все, что известно о Samsung Galaxy A17 5G — дата выхода, цена, характеристики...
- Цискаридзе взял Гагарину в свой «гарем» после развода с Исхаковым...
- Что нельзя делать во время эпилептического припадка...
22:57, 05 Авг SpaceX bu il Tesla-dan 329 milyon dollarlıq Megapack alıb SpaceX 2026-cı ilin əvvəlindən Tesla istehsalı olan Megapack enerji saxlama sistemlərinin alınmasına 329 milyon dollar xərcləyib. Şirkətin dərc etdiyi rüblük maliyyə hesabatına görə, bunun 295 milyon dolları yalnız ikinci rübdə həyata keçirilən alış...
17:57, 25 Авг Azərbaycan brendləri TikTok Ad Awards mükafatına qatılmağa dəvət olunublar TikTok Yaxın Şərq, Asiya və Afrika ölkələrində, o cümlədən Azərbaycanda reklam sahəsində TikTok Ad Awards 2025 adlı kreativ mükafatın başladıldığını elan etdi. Mükafatlandırma mərasimi dekabr ayında Ər-Riyadda keçiriləcək və burada TikTok-un xüsusi ...
15:44, 19 Авг Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома Сад, парк, двор — это больше, чем просто территория. Это продолжение вашего пространства, место, где можно остановиться, вдохнуть свежий воздух и почувствовать ритм природы. Ландшафтный дизайн делает эту среду осмысленной, красивой и удобной.
В сту...
01:57, 05 Окт Google smartfonlarda toxunmasız “Gemini” aktivləşdirmə texnologiyasına patent alıb Media məlumatlarına görə, Google öz süni intellekt köməkçisi Gemini-yə giriş üçün tamamilə yeni bir üsul üzərində işləyir. Şirkətin patent sənədində təsvir olunan texnologiya, istifadəçiyə nə ekrana, nə də düymələrə toxunmadan və səsli komandadan is...
23:57, 04 Ноя “Coursera” platformasında “Milli Proqram”ın interfeysi Azərbaycan dilində istifadəyə verilib “Coursera” onlayn təhsil platformasında “4Sİ Akademiyası” çərçivəsində təqdim olunan “Milli Proqram”ın interfeysi artıq Azərbaycan dilində istifadəyə verilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya ...
Топ новости часа