Hakerlər Pornhub-un 200 milyondan çox istifadəçisinin məlumatlarını oğurlayıb

ShinyHunters adlı haker qruplaşması Pornhub platformasının premium müştərilərinə aid məlumatlara çıxış əldə edib və fidyə ödənilməzsə onları yayımlamaqla hədələyir. Reuters-in məlumatına görə, hakerlər ən azı 14 istifadəçiyə aid məlumat nümunəsini paylaşıb. Bu məlumatların bir hissəsi əvvəlki sızıntılardakı məlumatlarla uyğun gəlir. Hakerlərin sözlərinə görə, oğurlanmış məlumatların silinməsi və yayımlanmaması üçün bitkoinlə ödəniş tələb olunur. Sızıntının real miqyası və dəqiq xarakteri hələlik məlum deyil. Bununla belə, ShinyHunters jurnalistlərə təqdim etdiyi məlumat nümunəsinin bir hissəsinin Reuters tərəfindən qismən təsdiqləndiyi bildirilir. Ən azı üç keçmiş premium istifadəçi (iki nəfər Kanadadan, biri ABŞ-dan) məlumatların onlara aid olduğunu təsdiqləyib, baxmayaraq ki, məlumatlar bir neçə il əvvələ aiddir. Hadisə noyabr ayında Mixpanel analitik xidmətinin SMS-fişinq nəticəsində sındırılması ilə əlaqələndirilir. PornHub nümayəndələrinin sözlərinə görə, platforma 2021-ci ildə Mixpanel ilə əməkdaşlığı dayandırıb, buna görə də oğurlanan məlumatlar yalnız 2021-ci il və ondan əvvəlki dövrə aid köhnə analitik məlumatlar ola bilər. «Mixpanel ilə bağlı insident bəzi PornHub Premium istifadəçilərinə təsir edib. Xüsusilə vurğulayırıq ki, bu, bizim sistemlərimizin sındırılması deyil. Parollar, ödəniş və digər maliyyə məlumatları nə ələ keçirilib, nə də açıqlanıb», — PornHub-un rəsmi açıqlamasında deyilir. Eyni zamanda Mixpanel insidentlə PornHub məlumatlarının sızması arasında əlaqəni inkar edib. Şirkət nümayəndəsinin sözlərinə görə, kiber­təhlükəsizlik üzrə müstəqil ekspertlərin iştirakı ilə aparılan araşdırma PornHub məlumatlarının Mixpanel insidenti nəticəsində sızdırıldığını təsdiqləməyib. Mixpanel-in bildirdiyinə görə, PornHub məlumatlarına son qanuni giriş 2023-cü ildə saytın ana şirkətinin əməkdaşı tərəfindən həyata keçirilib. The post Hakerlər Pornhub-un 200 milyondan çox istifadəçisinin məlumatlarını oğurlayıb appeared first on InfoCity....

Hakerlər Pornhub-un 200 milyondan çox istifadəçisinin məlumatlarını oğurlayıb

Сообщает infocity.tech

 

Новость из рубрики: Технологии, Наука

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

AZINCLOUD ilə məlumatlarını ölkə daxilində saxla! 11:57, 28 Ноя “AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla! AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-nin ictimai “bulud” xidməti “AZINCLOUD” istifadəçilərə məlumatlarını ölkə daxilində saxlamaq imkanı yaradır. Əsasən, fiziki şəxslər, kiçik və orta bizneslər, fərdi sahibkarlar və startaplar üçün nə...

Təhlükəsiz İnternet Günü: TikTok 2025-ci ilin üçüncü rübündə 32 milyondan çox canlı yayımı bloklayıb 23:57, 10 Фев Təhlükəsiz İnternet Günü: TikTok 2025-ci ilin üçüncü rübündə 32 milyondan çox canlı yayımı bloklayıb Aparıcı qısa video platforması olan TikTok istifadəçilərinin təhlükəsizliyini əsas prioritet kimi qorumaqda davam edir və yaradıcılıq üçün rahat mühitin formalaşmasına töhfə verir. Platformanın 24/7 rejimində fəaliyyət göstərən moderasiya sistemi İc...

Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома 15:44, 19 Авг Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома Сад, парк, двор — это больше, чем просто территория. Это продолжение вашего пространства, место, где можно остановиться, вдохнуть свежий воздух и почувствовать ритм природы. Ландшафтный дизайн делает эту среду осмысленной, красивой и удобной. В сту...