AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC dünya marketinq elminin banilərindən sayılan Filip Kotlerin “Müasir marketinqin əsasları” adlı nəşrində təqdim ediləcək. Nəşrdə “AzInTelecom”un uğurlu təcrübəsi kimi SİMA Rəqəmsal Həllər Platforması xüsusi yer alacaq. Kitabda biometriya texnologiyasına əsaslanaraq rəqəmsal imza, identifikasiya və ödəniş sistemlərini bir ekosistemdə birləşdirən platformanın ölkədə rəqəmsal xidmətlərə çıxışı asanlaşdırmasından bəhs olunur. Filip Kotlerin kitabında “AzInTelecom”un yanaşması texnologiya ilə bərabər, həm də marketinq və istifadəçi təcrübəsinin uğurlu sintezi kimi dəyərləndirilir. Belə ki, şirkət rəqəmsal imzanın geniş istifadəsini təşviq etmək üçün sadə interfeys, biometrik identifikasiya və çoxkanallı kommunikasiya strategiyası tətbiq edir. Bu yanaşma nəticəsində “SİMA İmza” mobil tətbiqi 5 milyondan çox istifadəçi tərəfindən yüklənilib, 50 milyondan artıq tranzaksiya həyata keçirilib. İstənilən vaxt və məkanda etibarlı, davamlı və innovativ xidmətlər təqdim etmək məqsədilə yaradılmış SİMA ölkənin rəqəmsallaşma prosesini sürətləndirir. Platforma, həmçinin ekoloji dəyərlərə də töhfə verir – kağız sərfiyyatının azalması sayəsində meşələrin qorunmasına, enerji və su ehtiyatlarının qənaətinə şərait yaradır. “AzInTelecom” SİMA Rəqəmsal Platforması ilə yanaşı, innovativ “bulud” həlləri, kibertəhlükəsizlik və sertifikatlaşdırma xidmətləri vasitəsilə rəqəmsal gələcəyin birgə formalaşdırılmasına da töhfə verir. “Müasir marketinqin atası” kimi tanınan Filip Kotler 90-dan çox kitabın, o cümlədən dünyanın aparıcı tədris müəssisələrində öyrədilən “Marketing Management” əsərinin müəllifidir. Onun 60 ili əhatə edən karyerası marketinqin elmi və praktik əsaslarını formalaşdırıb. Kotlerin “Harvard Business Review”, “Journal of Marketing” kimi nüfuzlu jurnallarda 100-dən artıq məqaləsi dərc edilib, dünyanın müxtəlif ölkələrində şirkətlərə rəqabət qabiliyyətini artırmaq üçün effektiv marketinq prinsiplərini tətbiq etməyə dəstək olub. The post “AzInTelecom”un təcrübəsi Filip Kotlerin “Müasir marketinqin əsasları” kitabında yer alacaq appeared first on InfoCity....
Сообщает infocity.tech
Новость из рубрики: Технологии, Наука
Поделиться новостью:
Топ новости часа
- Просто натрите кабачки и добавьте яйца: в сезон это блюдо готовлю постоянно - такую полезную пиццу из кабачков полюбят даже привереды...
- Просто натрите кабачки и добавьте яйца : так вкусно, в сезон готовлю через день - такую полезную пиццу из кабачков полюбят даже дети...
- Просто натрите кабачки и добавьте яйца: в сезон готовлю постоянно - такую полезную пиццу из кабачков полюбят даже капризные дети...
- Все, что известно о Samsung Galaxy A17 5G — дата выхода, цена, характеристики...
- Цискаридзе взял Гагарину в свой «гарем» после развода с Исхаковым...
- Что нельзя делать во время эпилептического припадка...
21:57, 07 Фев Google: bütün Android-smartfonlar Apple AirDrop dəstəyini alacaq Keçən ilin payızında Google Pixel smartfonlarında iPhone-larla AirDrop vasitəsilə birbaşa məlumat mübadiləsi funksiyası istifadəyə verilmişdi. İndi isə Google şirkəti bu imkanı bütün Android cihazlarına yaymağı planlaşdırır. Bu barədə Google-un ofis...
19:57, 09 Янв Avowed PlayStation 5-ə gəlir — oyun ildönümünə xüsusi böyük yeniləmə alacaq Uzun illər Microsoft və Sony oyun sənayesində amansız rəqiblər olub. Lakin son dövrlərdə Xbox komandası bu qarşıdurmanı arxada qoymağa qərar verib. Şirkət bir vaxtlar eksklüziv hesab olunan layihələrini tədricən PlayStation platformasına köçürür — n...
15:44, 19 Авг Ландшафтный дизайн от L.BURO: когда природа становится частью дома Сад, парк, двор — это больше, чем просто территория. Это продолжение вашего пространства, место, где можно остановиться, вдохнуть свежий воздух и почувствовать ритм природы. Ландшафтный дизайн делает эту среду осмысленной, красивой и удобной.
В сту...
Топ новости часа